Məzmun Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Film haqqında Film aktyor Rasim Balayevin kinoda ilk işidir. Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir. Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da xalqımızın mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkdilər. Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etdilər. Titr: "Bu film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir. XIV əsrin axırı XV əsrin əvvəllərində Azərbaycan xalqı bir tərəfdən yadelli işğalçıların, digər tərəfdən bir-birilə aramsız müharibələr aparan yerli feodallarla irticaçı ruhanilərin zülm və talanlarına məruz qalmışdı. Nəsimi yalnız dövrünün ictimai haqsızlıqlarına qarşı çıxan şair və insan ləyaqətini müdafiə edən humanist filosof olaraq qalmamışdı; onun yaradıcılığında islam qaragüruhu ilə mibarizə aparıb öz dövründə mütərəqqi rol oyanayan, eyni zamanda əsrin mütərəqqi, idealist dünyagörüşü təsirindən tamam azad olmayan hürufilik hərəkatının bir çox ideyaları da öz əksini tapmışdı. Film Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları zülmə və istibdada qarşı üsyan motivləri əsasında yaradılmışdı". Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib. Festivallar və mükafatlar 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Kinolentə Tarixi Mövzuda Ən Yaxşı Filmə görə Mükafat verilmişdir. Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayevə II Mükafat verilmişdir. Ssenari müəllifi: İsa Hüseynov Rejissor: Həsən Seyidbəyli Operator: Rasim İsmayılov Rəssam: Məmməd Hüseynov, Mais Ağabəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Montaj edən: Tamara Nərimanbəyova Rollarda: Rasim Balayev-Nəsimi
Heydər Əliyev prospektində zibil maşını idarəetməni itirərək körpüdən aşıb. Nəticədə maşının sürücüsü ağır yaralanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Все комментарии 0
[ Регистрация | Вход ]